"2013-cü ildən bu günə qədər "Azərkosmos" 515 milyard manat gəlir əldə edib" - SƏDR
"Azərbaycan ilk kosmik proqramlarını həyata keçirdikdə biz başa düşürdük ki, ölkəmiz ərazi cəhətdən kiçikdir və rabitə sistemi zəif inkişaf edib. Ona görə də bütün diqqəti xarici bazarlarda xidmət göstərilməsinə yönəltmişik". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
Saməddin Əsədov sözlərinə belə davam edib: "Ötən 10 il ərzində 2013-cü ildən bu günə qədər "Azərkosmos" 515 milyard manat gəlir əldə edib. Bunun yarım faizi xaricdən formalaşıb. Bu rəqəm onu sübut edir ki, kosmos sahəsi iqtisadiyyata kifayət qədər öz xərcini qaytara bilən sahədir.
Yaxın ölkələrdən olan Türkiyə, Belarusiya və Qazaxıstanda da kosmik sahə var. Lakin ən uğurlu hesab edilən "Türksat" şirkətləri belə bizə təkliflər edir.
Xatırladım ki, dünyanın 43 ölkəsində 182 müştərimiz var".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB