"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev növbəti dəfə humanist addım ataraq müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu, demokratik hüquqi dövlət quruculuğu istiqamətində fundamental islahatların həyata keçirilməsində Heydər Əliyevin misilsiz xidmətlərini, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini nəzərə alaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqları müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncam imzalamışdır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Onun sözlərinə görə, sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir: "Cənab Prezident İlham Əliyevin bu sərəncamı bir daha göstərdi ki, Azərbaycanda həyata keçirilən dövlət siyasəti daim humanizm prinsiplərinə əsaslanır. Dövlət başçısının bu sərəncəmı çox sayda ailələrə sevinc bəxş etdi. Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə qəbul edilmiş 2018-ci il 24 may tarixli Əfv Sərəncamı 634 məhkuma şamil edilib.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə qəbul edilmiş Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.Bu sərəncam bir daha göstərir ki, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB