“Ümummilli Lider jurnalist əməyini daim yüksək qiymətləndirib” - Əhməd İsmayılov

“Ümummilli Lider jurnalist əməyini daim yüksək qiymətləndirib” - Əhməd İsmayılov

“Ümummilli Lider Heydər Əliyev medianın işini, jurnalist əməyini daim yüksək qiymətləndirmiş, jurnalist peşəsinə hər zaman dərin hörmət bəsləmiş, mətbuat işçiləri ilə yaxın təmasda olmuş, onların problemləri ilə maraqlanmış və heç vaxt köməyini əsirgəməmişdir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, Ümummilli Liderin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev medianın inkişafına əlverişli şərait yaradıb: “Bu böyük etimad media nümayəndələrinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətini artırmışdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə