"Prezident lham Əliyevin məlum sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev ili" elan olunub. İl başlayandan istər YAP, istərsə Suraxanı rayonu icra hakimiyyətində, fərqli fərqli elm və mədəniyyət ocaqlarında keçirilən tədbirlərdə dahi liderimizin zəngin həyat yolunun gələcək nəslə çatdırılmasının şahidi oluruq". SİA xəbər verir ki, bu sözləri Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib.
O qeyd edib ki, Heydər Əliyev birinci dəfə ölkəyə rəhbər təyin olunanda Azərbaycanın hansı vəziyyətdə olduğunu bilməyən yoxdur: "Həmin dövrdə Azərbaycan 15 aqrar respublikanın içində ən sonuncu sıralardan birini tuturdu. Qısa müddətdə Heydər Əliyevin bilik və bacarığı, idarəetmə qabiliyyəti sayəsində Azərbaycan respublikası ittifaq səviyyəsində ən yüksək pilləyə qalxdı. Bütün bunlar Heydər Əliyevin fitri istedadının nəticəsi idi".
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB