"Ulu Öndərin yolu bizim gələcək hədəflərimizdir"

"Ulu Öndərin yolu bizim gələcək hədəflərimizdir"

"Hər bir xalqın görkəmli nümayəndələri olur ki, onlar cəmiyyətin qızıl fonduna çevrilirlər. Bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi irsi, onun dövlətçilik təcrübəsi və insani keyfiyyətləri müstəqil Azərbaycan Respublikası, müdrik xalqımız yaşadıqca ən aktual mövzu olaraq qalacaqdır". SİA xəbər verir ki, bu sözləri YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirdə deyib.

O bildirib ki, hər bir azərbaycanlı Heydər Əliyev şəxsiyyətinin aliliyini bilir, dərk edir və ona xüsusi ehtiramla yanaşır: "Ulu Öndərin yolu bizim gələcək hədəflərimizdir. Bu hədəflərin böyük bir qismi artıq müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirilib. Ölkə başçısı tərəfindən 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması Azərbaycan xalqının Ulu Öndərə olan sonsuz sevgisinin nümunəsidir".

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə