Bərdə-Ağdam dəmir yolu xəttinin iqtisadiyyata hansı təsirləri olacaq? - İQTİSADÇI EKSPERT AÇIQLADI
"Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirmə işləri sona çatmaq üzrədir və bu ilin sonuna qədər dəmir yolunun fəaliyyəti başlayacaq". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin Qarabağ iqtisadi rayonunun inkişafına çox əhəmiyyətli təsiri olacaq: "Belə ki, bu həm Ağdam, həm də işğaldan azad olunmuş digər bölgələrin iqtisadi inkişafına müsbət təsir edəcək. Bu həm logistika imkanlarının genişləndirilməsi, həm də yükdaşımaların daha sürətli və ucuz həyata keçirilməsinə öz təsirini göstərəcək".
Eyyub Kərimli sözlərinə belə davam edib: "Ümumiyyətlə, hesab edirəm ki, Ağdam və Qarabağ iqtisadi rayonu ümumi ölkənin digər dəmir yolu sisteminə inteqrasiyasına öz yardımını edəcək. Bu da öz növbəsində həm Qarabağ iqtisadi rayonundan Ağdama yüklərin daşınmasını sürətləndirəcək, həm də gələcəkdə sənaye parkları və azad iqtisadi zonalar fəaliyyət göstərəcək ki, oradan ölkənin digər bölgələrinə və xaricə yüklərin daşınmasına əhəmiyyətli təsiri olacaq.
Gələcəkdə Qarabağda və işğaldan azad olunmuş ərazilərdə çox böyük quruculuq işləri həyata keçiriləcək. Bu layihələrin sürətləndirilməsində Bərdə-Ağdam dəmir yolunun çox mühüm rolu olacaq. Həmçinin, gələcəkdə həmin dəmir yolunun Xankəndinə qədər uzadılması nəzərdə tutula bilər. Bu da öz növbəsində həm də Xankəndinin ölkə iqtisadiyyatına və dəmir yolları sisteminə inteqrasiyasına çox mühüm təsir göstərəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB