İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib - YENİLƏNİB

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib - YENİLƏNİB

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlər seçilib. SİA xəbər verir ki, məsələyə parlamentin bugünkü plenar iclasında baxılıb.

Səsvermə nəticəsində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının katibi, Aparat rəhbəri Həsən Cəfərov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli və Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət İTV-nin Yayım Şurasına yeni üzv seçiliblər.

Spiker Sahibə Qafarova yeni üzvlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə