"Bu humanist addımdan müsbət mənada bir nəticə çıxarmaq lazımdır" - DEPUTAT ŞƏRH ETDİ

"Bu humanist addımdan müsbət mənada bir nəticə çıxarmaq lazımdır" - DEPUTAT ŞƏRH ETDİ

“2023-cü il Ümummilli Liderin 100 illik yubileyi ilə əlaqədar cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev ili” elan olunub. Bununla əlaqədar bütün bölgələrimizdə, hətta ölkə hüdudlarından kənarda da çox sayda tədbirlərimiz baş tutur. Bu baxımdan böyük bir əfv fərmanının imzalanacağı gözlənilir. İnanıram ki, bu ən böyük əfv fərmanlardan biri olacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aqil Məmmədov deyib.

Onun sözlərinə görə, ilk dəfə deyil ki, belə humanist bir addım atılır: “Cənab Prezident İlham Əliyev, eyni zamanda Ulu Öndər Heydər Əliyevin dövründə də dəfələrlə bu istiqamətdə addımlar atılıb. Hesab edirəm ki, bu kimi tədirlər davamlı olmalıdır. Müxtəlif cinayət məcəlləsinə görə cinayətə cəlb olunmuş insanların məhkumluq dövründə özünü necə aparması, səhvlərini başa düşməsi və onların ailələrinin Əfv Komissiyasına müraciətləri götür-qoy olunaraq nəzərdən keçirilir. Bununla da xeyli insan azadlığa buraxılacaq. Məhkumların bir qismi cəzasının yarı hissəsindən, qalan bir qismi isə tam hissəsindən azad olunacaq. Bunu məhkumlar da düzgün dəyərləndirməlidir ki, həyatlarının sonrakı mərhələlərində eyni səhvi təkrar etməsin. Bu humanist addımdan müsbət mənada bir nəticə çıxarmaq lazımdır. Arzu edirik ki, məhkumların sayı getdikcə azalsın”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə