“Rusiyanın Ukraynaya qarşı hücumu davam etdirməsi onu göstərir ki, hələ müharibə yaxın zamanlarda bitməyəcək”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Rusiya Ukrayna şəhərlərini intensiv atəşə tutur: “Hərbi vəziyyət hələ uzun müddət Ukraynada davam edəcək. Ukraynanın da yaxın zamanlarda əks hücuma keçəcəyi gözlənilir”.
Vüqar Əhmədov sözlərinə belə davam edib: “Hələlik bu istiqamətdə sülh razılaşması ilə bağlı ciddi bir irəliləyiş yoxdur. Ukrayna prezidentinin Polşaya səfərindən sonra Qərbin bu ölkəyə yardımları daha da genişlənə bilər. Lakin Ukraynanın yaxın zamanlarda əks hücumla məqsədinə çatacağı ehtimalı elə çox deyil. Çünki bunun üçün müəyyən bir zaman və hərbi əməliyyatlarla mərhələli həll lazım olacaq. Bundan sonra olsa bilsin ki, tərəflər sülh masasına otursun. Bu ən yaxşı halda gələn il baş tuta bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB