"Nəsillərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

"Nəsillərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası və "Modern Ailə və İnkişaf" İctimai Birliyi tərəfindən birgə təşkil edilən və Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Nəsillərə nümunə olan ömür yolu" mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbirin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra "Əsl məhəbbət haqqında" sənədli filmin nümayişi olub.

Qeyd edək ki, tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Veteranlar Şurasının üzvü, Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri Zərifə Quliyeva, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edəcək.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə