"Azərbaycan tezliklə bu səfərin müsbət təsirlərini görəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

"Azərbaycan tezliklə bu səfərin müsbət təsirlərini görəcək" - POLİTOLOQ ŞƏRH ETDİ

“Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri Azərbaycanın Avropaya başqa bir istiqamətdə açılması deməkdir. SOCAR-ın transmilli kooperasiyaya çevrilmək üçün orada açdığı ofis çox mühüm əhəmiyyətə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bununla Azərbaycan və Bolqarıstan münasibətləri daha da inkişaf edəcək: “Bu, Bolqarıstan-Türkiyə münasibətlərinə də təsir edəcək. Eyni zamanda, Azərbaycan, Slovakiya, Bolqarıstan və Rumıniya arasında ölkə başçısı tərəfindən imzalanmış memorandum həm münasibətlərin yaxşılaşmasına, yeni iqtisadi əlaqələrin formalaşmasına, Azərbaycanın Avropanın enerji bazarına çıxışında möhkəmlənməsinə və yeni müştərilərin cəlb olunmasına xidmət edəcək. Azərbaycan artıq Şərqi Avropa ölkələrinin qaz təchizatı ilə bağlı problemləri həll etmək üzrədir. Ölkəmiz Avropa İttifaqı ilə şərq tərəfdaşlığı istiqamətində mühüm addımlar atır. Avropa İttifaqına üzv olan dövlətlərlə bağlanmış razılaşmaların sayı artır. Bu, Azərbaycan üçün çox önəmlidir. Dövlətimiz tezliklə bu səfərin müsbət təsirlərini görəcək. Düşünürəm ki, Azərbaycanın Avropaya açılış prosesi getdikcə daha da inkişaf edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə