Hər bir demokratik düşüncəli dünya xalqına, sivil dövlətlərə məlumdur ki, Azərbaycan bütün sahələrdə böyük inkişafı təmin etmiş müstəqil bir dövlətdir. Bu dövlətin sabahının bu gündən daha rəngarəng və gözəl olması onu göstərir ki, Ümummilli Liderimiz Heydər Əliyev sosial, siyasi və digər sahələri əhatə edən və xalqımız üçün çox faydalı bir irs qoyub getmişdir. Bu gün bu irsi Onun ən layiqli siyasi varisi, Yenilməz Sərkərdə, Prezident İlham Əliyev çox böyük uğurla davam etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq qələbə ölkəmizin seçdiyi və getdiyi yolun yalnız qələbələrə apardığını göstərir. Lakin bu uğurlardan narahat olan qüvvələr var. Haradasa xarici məkrli qüvvələrin boş qazanı danqıltmaları anlaşılandı. Nədən ki, onlar xain və riyakar oğru aləminin təmsilçiləridir. Azərbaycanda doğulub, Azərbaycanın çörəyini yeyib, suyunu içib, sakit, cah-cəlallı ömür yaşayan insanın gözlənilmədən mövqeyində və fəaliyyətində sapmalara yol verməsi başa düşülən deyil.
Təəccüblü məqam ondan ibarətdir ki, simasızlıq və riyakarlıq yolunu tutanlar sırasına bəzən uzun illər vəzifə kreslosunda olmuş və həmin kreslonun tilsimli sehrindən geninə-boluna istifadə etməklə özünə və ailə üzvlərinə, hətta yaxın, uzaq qohumlarına geniş imkanlar yaradan vəzifə mənsubları da qoşulurlar. Elə götürək Milli Məclisin deputatı Vahid Əhmədovun özünü bloger adı ilə sosial şəbəkələrə sırıyan məxluqa açıqlamalar verməsin. Açığı Vahid Əhmədovun sərgilədiyi davranışdan mən bir yazar olaraq təəccüblənmədim. Çünki elə ilk baxışdan harın və qudurğan adam təsiri bağışlayan, özünü xəzri küləyi kimi nümayiş etdirən V.Əhmədovdan sağlam və milli maraqlara uyğun fikir gözləmək absurddur. Dəlduzluq edən, tərbiyəsiz fəaliyyəti ilə tanınan bir şəxsə müsahibəsində öz deputat həmkarlarını aşağılaması və onları xain, xalq düşməni adlandırması, saxta seçilməkdə ittiham etməsi V.Əhmədovun anadan qüsurlu doğulduğunu, yaşlaşarkan ağlında ciddi psixoloji problemlər yarandığını göstərir.
Xaraktercə ziddiyyətli və ikibaşlı oyunları ilə seçilən və tanınan V.Əhmədov hələ Ayaz Mütəllibovun hakimiyyəti dönəmində onun qılığına girərək, Nazirlər Sovetində vəzifə əldə edə bilmişdi. Elə ki, AXC- Müsavat cütlüyü hakimiyyəti zəbt etdi, V.Əhmədov dərhal cildini dəyişib oldu “milli demokrat”, mükafatı da baş nazirin birinci müavini vəzifəsi. Hətta iki-üç ay baş nazir səlahiyyətlərini icra etməyi bacardı. 1993-cü ildə vəzifə pillələrində irəliləməsinə son qoyulan V.Əhmədov 2005-ci ildə yenidən siyasi arenada peyda oldu. “Yeni Siyasət” Blokunda təmsil olunmaqla V.Əhmədov elə həmin ildə Milli Məclisə düşə bildi. İlk dönəmdə deputat kimi fəaliyyətsizliyi ilə seçilən V.Əhmədov sonrakı mərhələdə şəffaflıqdan, açıq bazar iqtisadiyyatından, rüşvətə qarşı mübarizə tədbirlərindən danışmağa başladı. Sonradan bəlli oldu ki, onu danışdıran iş birliyində olduğu keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun əməkdaşlarıdır. Yəni onların ayrı-ayrı məmurlar, deputatlar haqqında verdikləri məlumatları tirajlayır. Yenə də olanlara nəzər salsaq, demək olar ki, bu gün məhkəmələrdə “MTN işi” adı ilə cinayət işləri araşdırılmış proseslərdə neçə- neçə sahibkarın əmlakının əlindən alınmasında bu və digər formada Əhmədovun da istəyi və rolu olmamış deyil. Niyə də olmasın ki? Əgər deputatı və vəzifəli şəxsi açıq şəkildə tənqid edirsə, deməli, onların cəzalandırılması sifarişlərini də verə bilər.
Blogerə verdiyi müsahibəsində daim şəffaflığın təmin olumasına çalışdığını uyduran V.Əhmədov nəyə görə yaxın dostu və qohumu, Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin elan etdiyi tenderlərdə qardaşı ilə birlikdə iştirak edib, torbadan qalib olaraq çıxırdı? Guya V.Əhmədov əsgərləri ətlə və digər ərzaq məhsulları ilə təmin edirmiş. Bu barədə geniş müzakirə aparmaq fikrindən uzaq olaraq, sadəcə, onu qeyd edim ki, həmin ətlərin mənşəyi məlum deyildi, haradan, necə əldə edildiyi də müəmmalı olaraq qalır.
Müsahibəsində V.Əhmədov parlamentdə təmsil olunan 2-3 təmiz deputatdan biri olduğunu iddia edir. Sual yaranır, necə təmiz, vicdanlı insandır ki, bir şəhid ailəsinə və ya bir Vətən müharibəsi qazisinə yardımçı olmayıb. Sumqayıtın gəzməli, görməli yerlərindən olan dənizkənarı bulvar ətrafında yaşayış binaları inşa etdirən, obyektlər tikdirən V.Əhmədovun sahibi olduğu, lakin qardaşı Rasim Əhmədovun rəhbərlik etdiyi “Arko Təmir” Tikinti Şirkəti deyilmi? Qubada çoxsaylı obyektlər, Bakı şəhərinin Xətai rayonunda mənzillər V.Əhmədovun deyilmi? Nizamnamə kapitalı cəmi 10 manatdan ibarət “Arko Təmir Tikinti Şirkəti”nin ötən il “Azərsu” ASC-nin 5 milyonluq tenderinin qalibi olması, təbii ki, Vahid Əhmədovun xahişi əsasında baş tutub.
Bir sözlə, demək olar ki, ayaqdan başa qədər çirkabın içində olan V.Əhmədovun özünü həqiqət carçısı kimi təqdim etməyə çalışmasına, ancaq artıq tarixin arxivində olan “Yeni Siyasət” Blokunun naftalin iyi verən təmsilçiləri inana bilər. Onların kimliyinə və hansı əxlaqa və əqidəyə qulluq etdikləri də hər bir cəmiyyət üzvünə bəllidir. Sabah V.Əhmədovun AXCP -yə və ya Müsavata keçdiyini bəyan edib, tutuquşu kimi Əli Kərimlinin, A.Hacılının və ya Cəmil Həsənlinin dediklərini təkrarlasa təəccüb doğurmaz. Nədən ki, “su axıb, çuxurunu tapar” el məsəli səbəbsiz yerə deyilməyib.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB