PREZİDENT İLHAM ƏLİYEV: "Bölgələrə səfərlərim nəzarət üçün bir vasitədir"
"Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çox böyük, genişmiqyaslı quruculuq işləri aparılmışdır". Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.
Bu işlərin davam etdirildiyini və hazırda 4-cü Dövlət Proqramının icra olunduğunu vurğulayan Azərbaycan Prezidenti bildirib: "Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün bir vasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bölgələrdə bizim bəyan etdiyimiz bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".
Bəli, Azərbaycanın ümumi tərəqqisi regionlarımızın ahəngdar inkişafından, sosial-iqtisadi və mədəni həyatda əldə olunan nəticələrdən, bölgələrdə həyata keçirilən layihələrdən çox asılıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev regionların inkişafını hər zaman diqqət mərkəzində saxlayır, yerlərdə görülən quruculuq işləri ilə şəxsən tanış olur, müvafiq tapşırıqlar verir. Ən mühüm məsələ isə, Prezident İlham Əliyev hər regionlara hər səfərləri çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də, ictimaiyyətlə keçirdiyi görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə vəsaitin ayrılması regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsi olmaqla, dövlət başçısının hakimiyyətlə xalqın birliyini möhkəmləndiyinin göstəricisidir.
Prezident İlham Əliyevin aprelin 18-də Səlyan və Neftçala rayonlarına və səfər çərçivəsində açılan obyektlərlə yanaşı həlli vacib olan problemlərin həyata keçirilməsi ilə bağlı tapşırıqları verməsi bir daha dövlətin xalqının yüksək inkişafı və rifahına hesablanmış amildir.
REGİONLARIN SOSİAL-İQTİSADİ İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMLARININ İCRASI MÜHÜM NƏTİCƏLƏR VERMƏKDƏDİR
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Və bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 3 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib. Eyni zamanda, hazırda 4-cü Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüz minlərlə yeni iş yeri yaradılıb. Yaradılan yeni iş yerlərinin mütləq əksəriyyəti isə daimidir. Beləliklə, ötən illər ərzində regionlarda yüzlərlə sənaye müəssisələrinin fəaliyyətə başlaması xalqın rifahına hesablanmış uğurlu nəticələrdir.
AZƏRBAYCAN BÖLGƏLƏRİNİN ÜMUMİ İNKİŞAFI HƏM SOSİAL XARAKTER DAŞIYIR, EYNİ ZAMANDA, ÖLKƏMİZİ GÜCLƏNDİRİR
Prezident İlham Əliyevin Salyana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibəsində regionların sosial-iqtisadi inkişafı dövlətin prioriteti olduğu öz əksini tapıb. Dövlət başçısı qeyd edib ki, bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin bölgələrə hər bir səfəri insanların qayğı və problemlərinə həssas münasibətin nümayişinə çevrilir və ötən illər ərzində ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində böyük məsafələr qət edən, xalqa verdiyi bütün vədləri yerinə yetirən dövlətimizin başçısı İlham Əliyev hər bir addımda vətəndaşların mənafeyi əsas amillərdəndir. Və aprelin 18-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçala rayonuna səfəri və səfər çərçivəsində yeni obyektlərin açılması Prezident İlham Əliyevin son zamanlarda həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının səbəbidir.
"Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm",-deyən dövlət başçımızın görüdüyü misilsiz və uğurlu işləri göz önündədir.
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökumətin qarşısında qoymuşdu. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı sosial-iqtisadi sahədə ilk proqramlarımızdan biri olmuşdur. Qeyd edək ki, ilk proqramın icrası nəticəsində ölkənin regionlarının siması, sözün əsl mənasında, dəyişmişdir, insanların həyat səviyyəsi dəfələrlə artmışdır. Ölkəmizdə islahatların prinsipləri xalqın istəyi və dünya çağırışlarına adekvat aparılaraq Azərbaycanı dünyanın ən nüfuzlu ölkələri sırasına qaldırmış və hər bir azərbaycanlının maraqlarını müasir təlatümlü dünyada təmin etməyə yönəlmişdir. Və dövlət başçımızın regionlara hər səfərləri həm nəzarət üçün bir vasitədir, ən əsası isə bütün hədəflər təmin edilsin, ilk növbədə, insanların rifah halının yaxşılaşdırılsın. Buna misal bu gün "ASAN xidmət" dünyada tanınan ən mütərəqqi Azərbaycan brendi kimi tətbiq edildiyi bütün sahələrdə tam şəkildə özünü doğrultmuş kreativ layihə olarqa vətəndaş məmnunluğunun təmin edilməsində ən yüksək göstəricilərə malikdir. Və insan amilinin böyük önəm daşıdığı Azərbaycanda bu sahənin inkişafı və tətbiq sahəsinin genişləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin təşəbbüsü tamamilə məntiqli və qanunauyğun olmaqla ölkəmizdə insan hüquqlarının qorunması və dövlət quruculuğu sahəsində daha yüksək nəticələrin əldə olunmasını və müasir, sivil vətəndaş cəmiyyətinin formalaşmasını hədəfləyir.
Prezident İlham Əliyev Səlyan rayonunda “ASAN xidmət” mərkəzinin açılış mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, "ASAN xidmət" sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır. Və "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir.
Salyan rayonunda açılışı olan “ASAN xidmət” mərkəzinin sayca 25-ci mərkəz olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: "Dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, "ASAN xidmət" bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik".
Bir sözlə, dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır. Dövlət başçımızın dediyi kimi: "Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir".
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB