Nərimankənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib - FOTOLAR
Aprel ayının 26-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Nərimankənd kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Gündəlikdə duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olmuşdur.
Gündəlikdə duran I məsələ ilə əlaqədar Nərimankənd kənd ərazi partiya təşkilatının sədri Elmin Əsədov hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verdi. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Gündəlikdə duran II məsələ müzakirə edilərək Nuri Rauf Qurban oğlu ərazi partiya təşkilatının sədri, Əliyev Sarvan Həsənqulu oğlu isə sədr müavini seçildilər.
Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. K.Qurbanlı yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək onlara işlərində uğurlar arzulayaraq, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB