“Bolqarıstan səfəri Azərbaycan üçün çox önəmlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Bolqarıstan səfəri Azərbaycan üçün çox önəmlidir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Cənab Prezidentin Bolqarıstan səfəri Azərbaycanın enerji siyasətində atılan önəmli addımlardandır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, ölkə başçısı bu istiqamətdə davamlı addımlar atır: “Xüsusən Şərqi Avropa dövlətləri ilə bu istiqamətdə əlaqələr və əməkdaşlıq genişlənir. Şərqi Avropa dövlətləri Azərbaycan enerji bazarı üçün əsas tranzit rolunu oynayır, həm də istehlakçı ölkələrdir. Bu eyni zamanda Azərbaycanın Aİ ilə yaxınlaşması və inteqrasiya istiqamətində atılan mühüm addımdır”.

Vüqar Əhmədov sözlərinə belə davam edib: “Sözsüz ki, Azərbaycanın uğurlu enerji siyasətində Bolqarıstan kimi ölkələrin üzərinə böyük yer düşür. Bu baxımdan mən bu səfəri ölkəmizin iqtisadi əlaqələri və dayanıqlı enerji bazarlarına çıxışının təmin olunması baxımından önəmli hesab edirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə