"Vahid Əhmədov Azərbaycanın sosial siyasətinə kölgə salır" - FƏZAİL AĞAMALI

"Vahid Əhmədov Azərbaycanın sosial siyasətinə kölgə salır" - FƏZAİL AĞAMALI

"Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə ilə çıxış etdi. Bloggerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışdı. Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, Vahid Əhmədov Azərbaycanın sosial siyasətinə kölgə salır. “Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur. O söyləyir ki, əgər imkan yaradılsa, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının xalqın etimadını qazanmaq imkanları var. Digər partiyalarda bu imkanları görmədiyini deyir. Hansı haqla?”,- deyə deputat əlavə edib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə