"Prezidentin həyata keçirdiyi siyasətin təməlində humanizm dayanır" - DEPUTAT ŞƏRH ETDİ

"Prezidentin həyata keçirdiyi siyasətin təməlində humanizm dayanır" - DEPUTAT ŞƏRH ETDİ

"İndiyədək ölkəmizdə 70-ə yaxın əfv sərəncamı imzalanıb. Bu sərəncamlar göstərir ki, möhtərəm Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin təməlində humanizm, ədalət və insansevərlik dayanır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu bəşəri dəyərlərə verilən qiymətdir: "İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də 2003-cü ildə cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi gündən bu zamana qədər əfv üçün fərmanlar qəbul olunub. Bu fərmanlar nəticəsində ölkəmizdə 9 minə yaxın məhkum öz azadlığına qovuşub. Məhkumların azadlığa buraxılması, onların hüquqlarının qorunması təkcə onların deyil, ailələrinin də həyatına təsir göstərib. Ümumiyyətlə, Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi daxili fəaliyyətdə humanizm və ədalət əks olunur".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə