"Ulu Öndər Heydər Əliyev hər zaman qeyd edirdi ki, "91-lər" Yeni Azərbaycan Partiyasının qızıl fondudur. Onda gərək biz onlara bu fondun nümayəndəsi kimi hörmət qoymağı bacaraq. Bizim partiyamız "Keçmişə hörmət, gələcəyə rəğbət" tezisi üzrə hərəkət edir". SİA xəbər verir ki, bu sözləri YAP Veteranlar Şurasının mərhum üzvü Əjdər İsmayılovun 85 illiyinə həsr olunmuş konfransda “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, həmin dövrlərdə hər kəs Ulu Öndərin hakimiyyətə gəlişini dərk edə bilərdi, amma hər kəs buna imza ata bilməzdi: "Kimsə özünü, ailəsini təhlükə qarşısına qoyaraq imza atmalı idi. "91-lər" bunu bacardı. Onlar yüzlərlə insanın səsini ifadə etməyi bacardılar. Ona görə bu də "91-lər" hər kəs üçün əzizdir.
"91-lər"dən Əjdər İsmayılov da mənim üçün fərqli bir insan idi. O, çox həssas bir insan idi. Uşaqla uşaq, böyüklə böyük olmağı bacarırdı. Əjdər İsmayılov təpədən-dırnağa turançı, Heydər Əliyevçi idi. Bu gün onun irsini davam etdirən oğlu atasına və nəslinə layiqli bir vətəndaşdır. Yadımdadır ki, beş il bundan öncə Əjdər İsmayılov bildirmişdi ki, "SƏS" o dövrdə Heydər Əliyevin səsi idi. Mən çox sevinirəm ki, bu gün də "SƏS" öz ənənəsinə sadiqdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB