Sarayevoda Azərbaycan Prezidentinin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib

Sarayevoda Azərbaycan Prezidentinin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib

Aprelin 13-də Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Bosniya və Herseqovinanın Rəyasət Heyəti tərəfindən rəsmi nahar verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nahardan sonra Prezident İlham Əliyevə xizək hədiyyə edildi.

Bildirildi ki, tamamilə əl işi olan bu xizəyin orijinalını 1984-cü ildə Sarayevoda keçirilmiş Qış Olimpiya Oyunları zamanı bosniya və herseqovinalı idmançı istifadə edib. Bu hədiyyə məxsusi olaraq Prezident İlham Əliyev üçün hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə