ADPU-nun inkişafında Heydər Əliyevin rolu ŞƏRH

ADPU-nun inkişafında Heydər Əliyevin rolu ŞƏRH

Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur. Bu dövrdən sonra Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin dirçəlişi və dinamik inkişafı, qısa bir zamanda beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı həmişə mühüm yer tuturdu. Təhsilin aktual problemlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunun və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin təhsilə bağlı dəyərli ideyaları, sözün əsl mənasında müasir pedaqoji tariximizin nadir incilərindəndir. Ulu Öndər demişdir: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün naliyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”

Eyni zamanda Heydər Əliyev fəaliyyətinin ilk günlərindən ali məktəbləri, oradakı kadr hazırlığının vəziyyətini daim diqqət mərkəzində saxlayar, ali məktəblərə qayğı göstərərək, ali məktəblərin professor-müəllim heyəti ilə görüşərdi. Belə xoşbəxt görüşlərdən biri də 1971-ci ilin dükabr ayının 8-də sonralar tələbəsi olduğum Azərbaycan Pedaqoji İnstitutunun kollektivinə nəsib olub. İnstitutun akt zalı ağzına qədər dolaraq hamı sevinc və səbirsizliklə Heydər Əliyevin gəlişini gözləyirmiş. Nəhayət tribunaya qalxan Heydər Əliyev ana dilində, doğma Azərbaycan dilində böyük və dərin məzmunlu bir nitq söyləyir. O dövrdə ana dilində deyil rus dilində məruzə edərdilər. Lakin, Heydər Əliyevin, bu böyük şəxsiyyətin ana dilində, həm də çox səlis, rəvan və məzmunlu nitqi zalda oturanları heyran etmişdir. Görüş zamanı öz çıxışında “Azərbaycan Dövlət Pedaqoji İnstutu böyük və çətun yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq marifi üçün yüksək ixtisaslı kadırlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. Indiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkminləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”- deyən Ulu Öndər Heydər Əliyevin bu tarixi, yadda qalan çıxışı kollektivə böyük ruh yüksəkliyi vermiş və elmi-pedaqoji yaradıcılıq əzmini yüksəltmişdir. Görüşün sonunda Ulu Öndər İnstitut əməkdaşlarının çoxlu sayda suallarını cavablamışdır. Ulu Öndər Heydər Əliyevin qəlbində müəllimlərə hörmət, müəllimin xüsusi yeri olduğundan Azərbaycan Pedaqoji İnstitutunun daim diqqət mərkəzində saxlayarmış. İnstitutumuzun yaradılmasının 50 illiyi yubileyi ilə bağlı Heydər Əliyev 1973-cü il mart ayının 2-də kollektivlə ikinci görüş keçirmişdir. Bu görüşdə institutun yarım əsrlik inkişaf yolundan ətraflı bəhs edən Heydər Əliyev İnstitutun yüksək dövlət mükafatına – Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmasına haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını elan edərək təntənəli surətdə sonsuz alqışlar altında ordeni institutun bayrağına sancıb. Eyni zamanda APİ-nin 50 illiyi münasibətilə institutun bir qrup professor-müəllim heyətinə və əməkdaşlarına fəxri adlar verilməsi haqqında fərmanın elan edilməsi kollektiv tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Müəllimlik peşəsini yüksək qiymətləndirəm, müəllimlərinə həmişə böyük hörmət bəsləyən Heydər Əliyev yenə də doğma institutunun 60 illik yubileyində 1981-ci ilin 23 dekabrında üçüncü dəfə institutun kollektivi ilə görüşə gəlmişdir. Ulu Öndər Heydər Əliyev ömür-gün yoldaşı, böyük alim, əsil ziyalı, Akademik Zərifə xanım Əliyeva ilə birlikdə salona daxil olarkən alqış sədaları salonu bürüyür və hərkəsdə sevinc və coşğu doğurur. Ulu Öndər geniş nitq söyləyir: “60 il ərzində institutunuz şanlı yol keçmiş və Sovet Azərbaycanının gözəl nailiyyətlər qazanmasında böyük rol oynamışdır. Həmin dövrdə 65 min nəfərdən artıq ali təhsilli mütəxəssis hazırlanmışdır. İnstitutun yetirmələri indi respublika həyatının bütün sahələrində fəal işləyirlər. İnstitut tərəfindən hazırlanmış və indi xalq maarifi sahəsində çalışan mütəxəssislər 60 il ərzində respublikanın gənc nəslinin təlim və tərbiyəsi işinin əsas aparıcılarıdır. Eyni zamanda institutun yetişdirmələri elmi-tədqiqat institutlarında, müxtəlif sahələrdə, mədəniyyət sahəsində və başqa sahələrdə müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Demək olar respublikada elə bir guşə yoxdur ki, institutun diplomunu almış mütəxəssislər orada işləməsinlər. Sizin yetişdirmələriniz hər bir şəhərdə, hər bir kənddə yaşayır və çalışırlar, hər bir məktəbdə işləyirlər. Mənə elə gəlir ki, bu sizin 60 illik şanlı yolunuzun ən gözəl yekunudur. İnstitutun 60 illik fəaliyyəti onu respublikanın həyatının bütün sahələrilə bağlamışdır və bu gün böyük razılıq hissi ilə qeyd edə bilərik ki, V. İ. Lenin adına Pedaqoji İnstitut Sovet Azərbaycanında xalq maarifinin təşəkkülü və inkişafı üçün, respublikada ali təhsilin yaradılması və inkişafı üçün çox böyük iş görmüşdür və bu sahələrdə görkəmli yer tutur”.

“Ali məktəbinizin yubileyinin qeyd edilməsi respublikada ümümxalq bayramı olmuşdur. Bu yubileyi qeyd edərkən hər kəs öz şəxsi həyatında institutun rolunu böyük iftixar hissi ilə xatırlayır və qeyd edir. Buna görə də, bu gün mən respublikanın bütün əməkçilərinin ürək sözlərini ifadə edərək Azərbaycan Pedaqoji İnstitutunun kollektivinə respublika qarşısında böyük xidmətlərinə görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

İnstitutda professor və müəllimlərin böyük kollektivi çalışır və altmış il ərzində bu kollektivdə bir neçə nəsil dəyişmişdir. Bu gün biz 20-ci illərdən bu günədək institutla birlikdə şanlı yol keçmiş, onun ölkədə ən böyük ali məktəblərindən birinə çevrilməsinə kömək etmiş, bütün kollektiv üzvlərinə, xüsusən respublikada xalq maarifinin inkişafında xidmətlərinə görə minnətdarlığımızı bildirmək istəyirik”. Bu görüşdə yadda qalan hadisələrdən biri də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1981-ci il tarixli fərmanı ilə elmin inkişafında, yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlanmasında xidmətlərinə görə institutumuzun bir neçə əməkdaşına “Azərbaycan SSR Əməkdar ali məktəb işçisi” və digər fəxri adlar verilmişdir. Heydər Əliyevhəmin çıxışında ali məktəb işçiləri qarşısında qoyulan məsul vəzifələrdən, həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində, sosial problemlərin həllində müəllimlərin iştirakını ayrıca vurğulamışdır. Müəllimlik işini şərəfli, həm də çətin iş hesab edən H.Əliyev belə hesab edirdi ki, “ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir. Biz yaxşı bilirik ki, 65 min nəfərdən artıq müəllim hazırlamaq üçün professor və müəllimlərin bütün nəsilləri nə qədər zəhmət çəkmişlər”.Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinə diqqəti davamlı xarakter daşımışdır. Buna bariz nümunə 1 avqust 1982-ci ildə Heydər Əliyevin Universitetimizdə həyata keçirilən qəbul imtahanında iştirakı, abituriyentlərləsəmimi görüşməsidir. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun köməyilə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Hərbi və fiziki təlimin fakültəsinin açılmasıdır. Bu fakültənin məzunlarından birinci Qarabağ müharibəsində Şəhid olanların sayı 30 nəfərdir. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, vətən toqpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaətə görə ölümlərindən sonra iki nəfərə - “Azərbaycan Milli Qəhrəmanı”fəxri adı verilmiş və üç nəfər isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Hazırda respublikamızda olan hərbi hissələrdə və bölmələrdə həmin fakültənin məzunları olmuş çoxlu zabitlərimiz qulluq edirlər. Bu gün Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, mədəniyyətə, bütövlükdə Azərbaycana töhfələri olduqca çoxdur. Əslində Heydər Əliyevin həyat yolu və fəaliyyəti Azərbaycan dövlətinə, Azərbaycan xalqına Ulu Tanrının böyük töhfələrindən biridir. Əsrin üçdə birində Azərbaycan təhsilinin inkişafının ən yaddaqalan məqamları, tarixi dönəmləəri bu müdrik insanın, dünya şöhrətli siyasət adamının adı və fəaliyyəti ilə bağlı olub, bu gün də bağlıdır və sabah da bağlı olacaqdır. Heydər Əliyev Azərbaycan təhsilinin üstün inkişafı, ölkənin kadr, intellektual potensialının möhkəmləndirilməsi üçün elə möhtəşəm təməl, özül yaradıb, elə mütərəqqi, ümummilli ənənələr formalaşdırıb ki, həmin monolit əsas üzərində milli təhsilimizin parlaq gələcəyini, Heydər Əliyevin idarəçilik məktəbini keçən, azərbaycançılıq kursunu dərindən mənimsəyən Heydər Əliyevin ideyalarının, böyük əməllərinin layiqli davamçısı missiyasını XXI əsrdə daşımağa qabil siyasi, intellektual, idarəçilik və mədəni baxımdan yeganə şəxsiyyət olan Prezidentimiz İlham Əliyev: “Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssələrindəndir. Yarandığı vaxtdan etibarən universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamımzla yanaşı bir sıra digər ölkələr üçün elmi pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir”.Azərbaycan Dövlət Pedaqoji Universiteti uğurla inkişaf edir. Bir çox qabaqcıl dünya universitetləri ABŞ, Türkiyə, Danimarka, Rumunya, Rusiya universitetləri ilə qarşılıqlı əlaqələr quraraq tələbə mübadiləsi edirlər.

Sultanəli Qurbanov

YAP Səbail “Ü.Hacıbəyli-68” ƏPT-nin sədri

Seyidova Zenfira,

Elmi-təşkilati şöbənin mütəxəssisi,

YAP Səbail “Ü.Hacıbəyli-68” ƏPT-nin sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə