Azərbaycan – Tacikistan əlaqələrinin qarşılıqlı etimad və tərəfdaşlıq ruhunda inkişaf xətti ŞƏRH
Azərbaycan və Tacikistan arasında ikitərəfli və çoxtərəfli münasibətlər ənənəvi olaraq qarşılıqlı hörmət və tərəfdaşlıq ruhunda inkişaf edir. Azərbaycan Tacikistanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələr 1992-ci il mayın 29-da qurulub. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyinin, 2008-ci ildə isə Tacikistanın Azərbaycandakı səfirliyinin fəaliyyətinə başlanılıb. Tacikistan-Azərbaycan münasibətləri istər iqtisadi əməkdaşlıq sahəsində, istərsə də siyasi və mədəni sahələrdə müsbət tendensiyaya malikdir və gələcəkdə də xalqlarımızın və ölkələrimizin rifahı naminə inkişaf edir və genişlənir. Bu tendensiya bu gün də yüksək dinamika ilə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ildə, aprelin 5-də Tacikistan Prezidenti cənab Emoməli Rəhmonun dəvəti ilə, Düşənbəyə rəsmi səfərə gəlib. Dövlət Başçısını Tacikistanın Baş naziri Koxir Rasulzada və digər rəsmi şəxslər qarşıladılar. Eyni gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistanın paytaxtı Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimi olub. Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi qarşıladı. Eyni gündə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə keçirilib. Görüş başa çatdıqdan sonra sənədlərin imzalanması mərasimi olub. Bakı və Düşənbə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müxtəlif və vacib sahələr üzrə sənədlər imzalanıb. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün mövcud hüquqi bazanı daha da genişləndirdi.
İki dövlət başçılarının müxtəlif formatlarda görüşləri qarşılıqlı əlaqələrin inkişafına və möhkəmlənməsinə böyük töhfə verir. Azərbaycan-Tacikistan müqavilə-hüquqi bazasına 60-a yaxın saziş və müqavilə daxildir ki, onların da əsasını 2007-ci il martın 16-da imzalanmış Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi təşkil edir. İki ölkə arasında qəbul olunmuş sənədlər, şübhəsiz ki, Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi, investisiya, vergi, bank və gömrük sahələrində ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün hüquqi əsas yaradır.
Hazırda Tacikistan və Azərbaycan arasında əməkdaşlıq ən yüksək inkişaf səviyyəsindədir və genişlənməyə meyllidir. İki ölkə arasında parlamentlərarası əməkdaşlıq inkişaf edir - parlamentlərarası dostluq qrupları yaradılıb, parlamentarilərimiz arasında bir sıra işgüzar əlaqələr yaranıb.
Azərbaycan və Tacikistan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Beynəlxalq və regional xarakterli bir çox məsələlərdə ölkələrimizin üst-üstə düşən mövqeləri, BMT, ATƏT, MDB, İƏT və s. kimi beynəlxalq və regional təşkilatların gündəliyinə hər iki ölkənin konseptual yanaşmaları dinamik və ardıcıl inkişafa daha da töhfə verir. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda təhlükəsizlik, terrorizm, ekstremizm və müasir dünya üçün digər təhdidlərə qarşı mübarizə sahələrində əməkdaşlığı genişləndirməyə qəti hazır olduqlarını bildirərək regional və beynəlxalq məsələlərlə bağlı oxşar rəyə malikdirlər. Xüsusi qeyd etmək lazımdır ki, Tacikistan 1996-1999-cu illərdə “BMT və ATƏT arasında əməkdaşlıq haqqında” qətnamə layihəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunun və ona bitişik 7 rayonunun Azərbaycan Respublikasına mənsubluğunu təsdiq edən mühüm düzəlişi dəstəkləmişdir.
Regionlararası əməkdaşlıq da intensiv inkişaf edir, Gəncə şəhəri ilə Xücənd şəhəri arasında fəal əməkdaşlıq qurulub. 2007-ci ildə Bakı və Gəncə şəhərlərində Tacikistanın Mədəniyyət Günləri, 2008-ci ildə isə Düşənbə şəhərində Azərbaycanın Mədəniyyət Günləri, Azərbaycanda da Tacikistan kinosu həftəsi uğurla keçirilmişdir.
Ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq xüsusi diqqətə layiqdir. Şübhəsiz ki, təhsil sahəsi hər iki ölkənin gəncləri arasında “humanitar” körpünün mühüm tərkib hissəsidir. Azərbaycan və Tacikistan arasında bu sahədə zəruri müqavilə-hüquqi baza hazırlanmışdır ki, bu da gələcək inkişaf üçün yaxşı platforma yaradır.
Ticarət-iqtisadi baxımdan ölkələrimiz arasında iqtisadi əlaqələrimizin konkret vəzifə və istiqamətlərini, onların maraqların üst-üstə düşdüyü sahələrdə praktiki həyata keçirilməsinə keçidini müəyyən edən Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəal şəkildə fəaliyyət göstərir.
Tacikistan beynəlxalq ticarəti asanlaşdıran kommunikasiya dəhlizlərinin bərpasında maraqlıdır. Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, bu əməkdaşlığın prioritet istiqamətlərindən biri hesab olunur. Bu mənada TRASEKA layihəsi çərçivəsində davam edən səylər Böyük İpək Yolunu fərqli, müasir keyfiyyətdə canlandıra bilər. Şərqlə Qərbi birləşdirən qədim ticarət yolunun aktivləşdirilməsinə cəhd edən Tacikistanın, 1993-cü ilin mayından “TRASEKA” proqramının üzvü olaraq, bu gün Azərbaycan kimi Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Bu baxımdan TRASEKA-ya üzv ölkələrin potensialından səmərəli istifadə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizini daha rəqabətli, gəlirli və təhlükəsiz edəcək, çoxfunksiyalı nəqliyyat sisteminin yaradılmasına və müasir logistika yaratmaq üçün regiona investisiyaların cəlb edilməsinə töhfə verəcək.
Bütövlükdə, Azərbaycan-Tacikistan əlaqələrinin ikitərəfli inkişaf dinamikası göstərir ki, tərəflər qarşılıqlı, faydalı, çoxşaxəli, iqtisadi və humanitar əlaqələrin dərinləşdirilməsində, siyasi əlaqələrin möhkəmləndirilməsində maraqlıdırlar. Qarşılıqlı etimad və tərəfdaşlıq ruhunda ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün ciddi baza və potensiyal var.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB