asitəçi tərəfsiz və ədalətli olmalıdır TƏHLİL

asitəçi tərəfsiz və ədalətli olmalıdır TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Azərbaycan ATƏT ilə əməkdaşlığa praktiki müstəvidə baxır”

Prezident İlham Əliyev aprelin 12-də ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib ki, Azərbaycan ATƏT ilə əməkdaşlığa praktiki müstəvidə baxır.Dövlətimizin başçısı söhbət əsnasında transsərhəd çayları üzrə birgə əməkdaşlıq, humanitar minatəmizləmə, yaşıl limanlar, Orta Dəhliz kimi konsepsiyalar üzrə praktiki və praqmatik əməkdaşlıq layihələrinin icra olunması imkanlarına baxılmasının mümkünlüyünü diqqətə çatdırıb.Prezident İlham Əliyev onu da vurğulayıb ki, sərhəddə baş vermiş insident Ermənistanın məqsədyönlü təxribatıdır: «Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib".

Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb.

ATƏT-in 30 illlik fəaliyyətsizliyi

Minsk qrupunun 30 illik fəaliyyətsizliyinin nətcəsi göz önündə oldu. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə həll etdi. Bəli, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Beləliklə, Azərbaycan bu məsələni özü həll etdi.

BİZƏ ATƏT-İN MİNSK QRUPU KİMİ VASİTƏÇİ LAZIM DEYİL

"Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq»,-deyən dövlət başçısı onu da deyib ki, Paşinyan öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu: «Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən"

Prezident İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir ki, ATƏT-in Minsk Qruppu fəaliyyətə başladığı andan hər zaman Azərbaycanın əleyhinə olub: “Yəni onların əvvəldən fəaliyyəti, mövqeyi bu gün də daxil olmaqla hər zaman bizim əleyhimizə olub. Hesab edirəm ki, gələcəkdə də belə olacaq, heç bir dəyişiklik edilməyəcək. Buna görə Ermənistanla bizim aramızda təxribatlar, gərginliklər, anlaşmazlıqlar, ümumiyyətlə, hər hansı bir problemlər baş verdikdə Azərbaycan bu məsələləri özü yoluna qoyur, özü də həll edir. Bizə ATƏT-in Minsk qrupu kimi vasitəçi lazım deyil. Çünki onların mövqeyi ortadadır».

METYU BRAYZA: “Aİ ATƏT-İN MİNSK QRUPUNUN DE-FAKTO “ÖLÜMÜ”NDƏN SONRA YARANMIŞ BOŞLUĞU DOLDURMAĞA ÇALIŞIR”

“İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə göstərdi ki, Ermənistanla ölkəniz arasında münasibətlərin normallaşmasına imkan verəcək sülh müqaviləsinin bağlanmasına tərəfdardır”.Bunu ABŞ-ın Atlantik Şurasının böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza bildirib.Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan da bu istiqamətdə hərəkət etmək istəsə də, bir vaxtlar işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaq kimi əlçatmaz arzuyla yaşayan müxalifət səbəbindən bunu edə bilmədi: “Onların bu arzusu da öldü”, – o əlavə edib.O həmçinin bildirib ki, Avropa Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşünün nəticələrinə əsasən səsləndirdiyi bəyanat həqiqətən yaxşı əlamətdir və ölkələrin sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıqlarından xəbər verir. Belə ki, bəyanatda xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək sülh müqaviləsinin hazırlanması üzərində işləməyin tapşırıldığı bildirilir.Brayza bəyanatda ATƏT-in Minsk qrupunun bir dəfə də olsun xatırlanmadığını, Brüssel görüşünün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə yeni danışıqlar formatının qurulması üçün zəmin yaratdığını vurğulayıb: “Bəyanatda ATƏT-in Minsk qrupunun xatırlanmaması Aİ-nin ATƏT-in Minsk qrupunun de-fakto “ölümü”ndən sonra yaranmış boşluğu doldurmağa çalışdığından xəbər verir”.

Ekspert aprelin sonuna planlaşdırılan görüşdə Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı razılığa gələ biləcəyinə ümidvar olduğunu bildirib. “Demarkasiya ilə bağlı danışıqlar vaxt tələb edəcək. Bu razılaşma uğurlu olacaq, sadəcə onun əldə olunması üçün nə qədər zaman tələb olunacağını bilmirəm”, – o fikrini tamamlayıb.

“MİNSK QRUPU 28 İL FƏALİYYƏT GÖSTƏRİB. NƏTİCƏ GÖZ QABAĞINDADIR - SIFIR”

zərbaycan Prezidenti dəfələrlə çıxışlarında, müsahibələrində bildirib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupuna verilən mandat de-yure qüvvədə qalsa da, de-fakto qüvvədən düşmüş sayıla bilər: “Minsk Qrupu 28 il fəaliyyət göstərib və “nəticəsi göz qabağındadır – sıfır”Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, «öz cəzandır, çək!». Bizim artıq nə danışıqlara, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – «dəmir yumruğumuz» var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi… Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: «Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır…"

Bütün bunlar isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibidir. Qərəzli beynəlxalq təşkilatların böhtan və qarayaxmalarına baxmayarq, Azərbaycan tuduğu haqq-ədalət yolunda inamla irəliləyəcək. Azərbaycan Prezidentinin dediyi kimi: «Bizə qarşı hansısa təxribat törədiləcəyi, revanşist addımlar atılacağı təqdirdə Ermənistan üçün daha pis olacaq. Çünki dəmir yumruq yerindədir!»

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə