Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ
“44 gün davam edən Vətən müharibəsində Azərbaycan qələbə qazanmasından sonra Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Bundan sonra isə Azərbaycan öz gücünü daha da artırmaq üçün Türk Birliyi təşkilatı çərçivəsində ciddi fəaliyyətə başladı. O cümlədən Orta Asiya ölkələri ilə strateji müttəfiqliyi daha da artırmaq üçün tədbirlər görülməyə başlandı. Bu da cənab Prezidentin Orta Asiya ölkələrinə, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistana rəsmi səfərləri və bu səfərlər çərçivəsində əldə edilən uğurlu danışıqlardır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Onun sözlərinə görə, Türkiyədə baş verən böyük zəlzələ zamanı da Azərbaycan öz dəstəyini qardaş ölkədən əsirgəmədi: “Keçdiyimiz günlərdə cənab Prezidentin qardaş Qazaxıstana rəsmi dövlət səfəri zamanı da iki dövlət arasında yüksək səviyyədə danışıqlar aparıldı. Bir sıra sahələrdə müqavilələr imzalandı. İki ölkənin prezidentləri arasında keçirilən təkbətək görüş də əhəmiyyətinə görə xüsusilə seçildi.
Bu gün Azərbaycanla Qazaxıstanın münasibətləri yüksək səviyyədə inkişaf edib. Artıq Qazaxıstanın enerji resursları Azərbaycan üzərindən Avropa daşınacaq.
Rusiya-Ukrayna müharibəsinin getdiyi bir dövrdə isə belə bir addım Azərbaycanın üzərinə yaxşı mənada yük qoyur. Azərbaycan isə öz imkanlarından istifadə edərək qardaş Qazaxıstan dövlətinin enerjisinin xaricə ötürülməsi üçün əlindən gələni edir. Bu baxımdan da münasibətlər inkişaf etməyə davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB