“Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Hesab edirəm ki, Çinin "Orta Dəhliz” layihəsi Qazaxıstan və Azərbaycandan keçməklə çox perespektivi olan bir layihəyə çevriləcək. Əsas məsələ Azərbaycan-Qazaxıstan-Çin arasında birgə əməkdaşlığın güclənməsi, birgə layihələrin həyata keçirilməsi, yükdaşımaların həcminin artırılması kimi mühüm məsələlərin müzakirə olunmasıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan yeni layihələrin reallaşması istiqamətində konkret addımlar ata biləcək: “Əlbəttə ki, burada Çinlə əlaqələr və onların güclənməsi də xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Düşünürəm ki, bu daha çox iqtisadi mahiyyət daşıyan bir layihədir”.
Bu layihənin digər bir halqası da Şərqi Zəngəzur dəhlizidir”.
Deputat sözlərinə belə davam edib: “Hesab edirəm ki, səfər zamanı aparılan müzakirələr yeni dəhlizlərin inkişafına, daha da güclənməsinə öz töhvəsini verəcək.
Bu gün Azərbaycan-Qazaxıstan əlaqələri yeni mərhələyə daxil olub. Hər iki ölkə türk dövlətləri təşkilatı çərçivəsində çox sıx əməkdaşlıq edir. Bu gün Aəzrbaycan və Qazaxıstan xüsusu ilə nəqliyyat dəhlizlərinin inkişafı, yükdaşımaların həcminin artırılması istiqamətində sıx əməkdaşlıq edir. Hesab edirəm ki, İlham Əliyevin səfəri iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, daha da güclənməsinə öz töhvəsini verəcək”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB