Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
Bu günkü güclü, qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin, həyata keçirdiyi yüksək idarəetmənin və bacarığının məhsuludur. Dahi Öndərimiz ömrünü xalqın istiqlalı, dövlətimizin beynəlxalq aləmdə imicinin möhkəmlənməsinə, insanların xoşbəxt, rahat yaşamasına həsr etdi. 14 iyul 1969-cu ildə Ulu Öndərimiz Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi gündən Azərbaycanın müstəqilliyi, xalqımızın hüquqlarının və haqqının tanınmasına həsr etmişdir. Ümumiyyətlə, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdəki xalq və respublikamız üçün gördüyü xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Ulu Öndər hələ o dövrdən ölkəmizdə qanunçuluğun qorunmasına, möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına nail olmaqla Azərbaycanın İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Təəssüflər olsun ki, sonrakı mərhələdə Ulu Öndərimizin qurub, yaratdıqları siyasi hakimiyyətdə təmsil olunan səriştəsiz rəhbərlələrin bacarıqsızlığı səbəbindən dağıdılmışdır. Ötən əsrin 90-cı illərin əvvələrində Azərbaycanda hərc-mərclik, özbaşınalıq, xaos, dövlət idarəçiliyində hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr hökm sürürdü. Vəzifə uğrunda savaş o dərəcə gərgin xarakter almışdır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğal etməsi hakiyyət hərislərini düşündürmürdü. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılmasına zərurət vardı. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan xalqının ümid yeri xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı “Səs” qəzeti vasitəsi ilə Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Müstəqil Azərbaycan dövlətinin inkafında yeni dövrün əsası qoyuldu
Dahi Öndər Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən konfransında Yeni Azərbaycan Partiyası təsis edildi. Konfrans iştirakçılarının yekdil qərarı ilə Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli Lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Xalqın çağırışı və dəstəyi və ilə Ulu Öndərimiz ikinci dəfə hakimiyyət gəldi və bununla da böyük uğurların əsası qoyuldu. 1993-cü ildə Dahi Öndərimiz qarşıya qoyduğu vəzifələr barədə demişdir: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir". Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Ümummilli liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotiv aktora çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi.12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Birmənalı şəkildə demək olar ki, Konstitusiyamızın müəllifi məhz Ulu Öndərimiz Heydər Əliyevdir. Konstitusiyası qəbul ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev keçirilən iclasda çıxış edərkən demişdir: "Komissiyanın Sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".
Qanunçuluğun təmin olunması, demokratik proseslərin sürətlənməsi əsas məqsədlərdən idi
Hüquqi, demokratik dövlət quruculuğuna xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev az sonra parlament seçkilərinin keçirilməsini təmin etməklə dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı. 1995-ci ilin may ayında isə əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) təsisatı yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktor kimi çıxış etdi. 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının tamamilə ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu təsdiqlədi. Bununla bağlı tarixi çıxışlarının birində demişdir: "Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm".
Yeni dövrün yeni LİDERİ
Ümummilli Liderimiz Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyev Onun əsasını qoyduğu siyasəti uğurla davam etdirməkdədir. Dahi Öndər Heydər Əliyev 2003-cü il prezident seçkiləri ərəfəsi xalqa müraciətində demişdir: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezidenti seçilən Cənab İlham Əliyev ilk gündən Ulu Öndər Heydər Əliyev siyasi xəttini zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirməyə başladı. Məhz 2003-cü ildən müstəqil Azərbaycanın yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev seçki öncəsi xalqa verdiyi bütün vədləri bir-bir yerinə yetirməklə qısa müddət ərzində Ona göstərilən etimadı doğrultdu. 2008 və 2013-cü il prezident seçkilərdə də Ulu Öndərimizin ən layili siyasi varisi Cənab İlham Əliyev xalqın dəstəyini qazanaraq Prezident seçilmişdir. 11 aprel 2018-ci il ilin prezident seçkilərdən sonra Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi altında öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Seçkilərdən sonra qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, əsaslı addımlar atıldı. Torpaqlarımızın düşmən tapdağından xilas edilməsi üçün Prezident İlham Əliyev ölkəmizdə güclü müdafiə sənayesi yaratdı. Bununla yanaş tərəfdaş, dost ölkələrlə hərbi sahədə əməkdaşlıq münasibətlərinin qurulmasına nail oldu. Məhz bunun nəticəsi olaraq 2020-ci ildə başlanılan Vətən müharibəsi ilə Azərbaycanın çoxəsrlik tarixinə Zəfər səhifəsi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 30 il işğal altında olmuş torpaqlarımız azadlığına qovuşdu. Hazırda üçrəngli bayrağımız Qarabağda, azad Şərqi Zəngəzurda dalğalanır. Tam əminliklə demək olar ki, qısa müddət sonra şərəf və qürur mənbəyimiz olan Barağımız Xocalıda, Xankəndində, Ağdarədə və digər Rus sülhməramlılarının müvəqəti ərazilərində olan torpaqlarımızda dalğalanacaq.
Nuqaylı Ayaz Yaşar oğlu
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Abşeron rayon icra və probasiya şobəsinin rəisi vəzifəsini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB