Gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara maneəçilik törədilir - SİYAVUŞ NOVRUZOV
"Ölkədə dərman vasitələrinin qiymətlərinin artması məsələsi aktualdır".
SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat sözlərinə belə davam edib: "Bununla bərabər problemlə bağlı məsələlər öz həllini tapmır. Vətəndaşlar xaricdən özləri üçün ucuz qiymətə dərman vasitələri gətirirlər. Amma gömrükdə insanların özü üçün gətirdikləri dərmanlara da maneəçilik törədilir. Adam xəstədir, özünə dərman alıb gətirir. Həmin dərmanı öz istifadəsi üçün gətirir, satmağa deyil. Amma problemlə üzləşir. Burada niyə problem yaranmalıdır?".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB