“Azərbaycanın səbrini sınağa çəkmək Ermənistanı məhvə apara bilər“ - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“Azərbaycanın səbrini sınağa çəkmək Ermənistanı məhvə apara bilər“ - SİYASİ ŞƏRHÇİ DANIŞDI

“ATƏT sədrinin Bakıya planlaşdırılan səfəri heç şübhəsiz ki, bölgədə baş verən son proseslərin müzakirəsi, xüsusilə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində danışıqlar məqsədi daşıyır. ATƏT çalışır ki, proseslərdə öz iştirakını önə çıxarsın, maraqlarını qorusun. Ümumiyyətlə, əvvəla unutmaq olmaz ki, ATƏT və digər beynəlxalq qurumlar 30 ilə yaxın işğal dövründə münaqişənin həlli üçün heç bir iş görə bilmədi. Ermənistanın işğalçılıq siyasətinə qarşı heç bir addım atılmadı”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, ATƏT, BMT, Avropa İttifaqı kimi təşkilatlar faəliyyətsizlikləri ilə yadda qaldı: “İndi yenidən proseslərə qoşulmaq cəhdləri edirlər. Azərbaycan öz ərazilərini azad etdikdən sonra yenidən fəallaşıblar və təəssüf doğuran hal budur ki, 30 il olduğu kimi yenə də ermənipərəst mövqelərindən əl çəkmirlər. Ermənistan siyasi rəhbərliyi də bu kimi təşkilatlara güvənərək, sülh prosesinə ciddi zərə vurur. Avropadakı havadarların Ermənistanı açıq-aşkar uçuruma apardığı gün kimi aydındır. Çünki, Azərbaycanın səbrini sınağa çəkmək Ermənistanı bir neçə saata tam məhvə apara bilər. ATƏT sədri Bakı görüşləri və danışıqları zamanı bu detalları özü üçün qeyd etsə daha yaxşı olardı. Çünki, beynəlxalq təşkilatlar Azərbaycanın öz milli maraqlarından birr addım belə geri çəkilmədiyini hər zaman yaxşı görüb və gələcəkdə də bu belə olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə