"Azərbaycan dil və din qardaşları ilə daha dərindən inteqrasiya olmalıdır" - TURAL GƏNCƏLİYEV
"Regionda və dünyada çox çətin geosiyasi durumlar var. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı geosiyasi uğurlarını nəzərə alaraq əminik ki, ölkəmizin bu addımlarını həzm edə bilməyərək dəridən-qadıqdan çıxanlar var". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan güclü liderə, orduya və iqtisadiyyata sahibdir: "Son zamanlar Türk Dövlətləri Təşkilatlarına daha dərin inteqrasiyanın əldə edilməsi üçün ciddi cəhdlər göstərilir. Azərbaycan təbii olaraq dil və din qardaşları ilə daha dərindən inteqrasiya olmalıdır. Dünyanın müxtəlif bölgələrində, müxtəlif təşkilatlarda regional təşkilatlar mövcuddur. Bunu Avropa İttifaqında görə bilərik. Son olaraq qeyd edim ki, bizim ölkəmiz Türk Dövlətləri Təşkilatı çərçivəsində çox mühüm rol oynayır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB