Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb.

Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında səmərəli əməkdaşlıq müsbət qiymətləndirilib, qarşılıqlı fəaliyyətin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı rolu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə