2018-ci il Prezident seçkiləri Azərbaycanın taleyüklü hadisələrindən biri idi ŞƏRH

2016-cı il sentyabrın 26-da referendum keçirilmiş və Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış, bununla da Azərbaycan Respublikasının Prezidentinə növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar prezident seçkiləri elan edildi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Azərbaycanın 20 faiz torpaqlarının uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etdi.

Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildiyi gün - 2018-ci il aprelin 11-də müsahibə verən Prezident İlham Əliyev belə demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.Prezident İlham Əliyevə 2003-cü ildən etimad göstərən Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir. Azərbaycan xalqının iradəsini əks etdirən Prezident seçkiləri ədalətli və şəffaf şəkildə keçirilmişdir. Xalqımız ulu öndərimiz Heydər Əliyevin siyasətinə sadiq qalan və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevə inandı, onu dəstəklədi. 2018-ci ilin Prezident seçkilərində səsvermə hüququna malik olan vətəndaşların 74,3 % iştirak etmişdir.2018-ci il seçkilərində yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin nəticələrinin beynəlxalq legitimliyini rəsmən təsdiq etmişdilər.Xalqın etimadını hər addımı ilə doğruldan Prezidentimiz İlham Əliyev bütün vədlərinə əməl etdi. Azərbaycanın parlamentinin də müasirləşməsi, yeniləşməsi, islahatlar sferasına cəlb olunması Prezident İlham Əliyevin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsinə mühüm töhfə kimi qiymətləndirilə bilər. Ulu Öndərin qoyduğu yeganə düzgün yol ilə gedən Prezident İlham Əliyevin həyata keçirdiyi ölkənin beynəlxalq imicinin və tərəfdaş dövlətlərin sayının artırılmasına yönəlmiş uğurlu xarici siyasəti, qazandığı diplomatik uğurlar, Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması ölkəmizin artan nüfuzunun mühüm göstəriciləridir.Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələr, radikal müxalifət öz ampluasına sadiq qalaraq öz dırnaqarası fəaliyyətləri ilə cəmiyyətdə ictimai rəyi yanıltmaq, islahatlar konsepsiyasının üzərinə kölgə salmaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmağa çalışırlar. 2018-ci ildə keçirilmiş seçkilərin nəticələri bir daha göstərdi ki, radikalların Azəraycanın siyasi səhnəsində yeri yoxdur.Prezident İlham Əliyevin prezidentliyi dövründə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmış, sosial siyasət daim diqqət mərkəzində olmuş, sosial infrastruktur inkişaf etmişdi. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab vermişdir. Xarici ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyi diqqətdə saxlanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək, hörmət ifadə olunmuşdur.

2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin davamlılığını və təhlükəsizliyini təmin edir. Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. "Cənub qaz dəhlizi”, onun tərkib hissəsi olan TANAP boru kəməri kimi layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülmüşdür. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən illər ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın 2018-ci ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir və etməkdədir.

Günay Məmmədli

YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə