“Şuşanın öz şanlı gündəminə qayıtması üçün əlimizdən gələni etməyə çalışırıq”

“Şuşanın öz şanlı gündəminə qayıtması üçün əlimizdən gələni etməyə çalışırıq”

“Azərbaycanın ev sahibliyi etdiyi YUNESKO-nun milli komissiyalarının doqquzuncu kollegiya iclasını ADA Universitetinin kampusunda keçirməyimiz məni çox sevindirdi. Çünki biz bu universitetin mahiyyətini bilirik. Arzu edirəm ki, YUNESKO-nun elmi ideallarına uyğun gələn belə qurumlar bütün dünyada mövcud olsun və insanlara xidmət etsin”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

Onun sözlərinə görə, YUNESKO-nun milli komissiyalarına sədrlik edəcək Azərbaycan milli komissiyasını təbrik edirəm: “Çünki artıq doqquzuncu dəfə keçirilən milli komissiyaların iclası dövlətlər arasında əməkdaşlığı hədsiz zənginləşdirən iclas sisteminə çevrilib. Bu görüşlərdə biz ümumi mədəni irsimizi müəyyənləşdiririk. Sabah mədəniyyət paytaxtı Şuşa şəhərinə gedərək, görüşümüzə orada davam edəcəyik. İşğal zamanı Şuşada mədəni quruluş pozulmuşdu, indi isə biz Şuşanın öz şanlı gündəminə qayıtması üçün əlimizdən gələni etməyə çalışırıq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə