"İran Azərbaycana qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərdi" - ETİBAR ƏLİYEV

"İran Azərbaycana qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərdi" - ETİBAR ƏLİYEV

"Azərbaycan torpaqları 30 il ərzində işğal altında qaldığı müddətdə İranın səlahiyyətli şəxsləri bir dəfə də olsun Azərbaycan ərazilərini işğal edən, Xocalı soyqırımını törədən, onlarla Azərbaycan kəndlərində soyqırımlar törətmiş Ermənistanın bu hərəkətlərinə qarşı heç bir bəyanat qəbul etməyib, əksinə Ermənistanla diplomatik əlaqələri və hərbi əməkdaşlığı genişləndirib". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Etibar Əliyev deyib.

Onun sözlərinə görə, bununla da Azərbaycan xalqına qarşı törədilmiş hərbi cinayətə şərik çıxdığını bir daha göstərmişdir: "Ona görə də İran parlamentinin bu ədalətsiz bəyanatı Azərbaycan xalqı, keçmiş məcburi köçkünlər, o cümlədən Ermənistandan qovulmuş qaçqınlar qətiyyətlə pisləyir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə