“Ekofəalların tələbi haqlı olaraq qalır. Ermənilər aksiya ilə bağlı nələr uydursa da, hər kəs bilir ki, bunlar böhtandır. Bizim o ərazidəki təbii yataqlarımızdan ermənilər pul qazanıb və özümüzə qarşı istifadə edirlər. Bütün Vətəndaş Cəmiyyətinin tələbidir ki, həmin ərazilər, təbii yataqlarımız bizim nəzarətimizə keçsin”. Bu sözləri SİA-ya açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə deyib.
Onun sözlərinə görə, hətta Azərbaycan oradakı əhaliyə də hər zaman yardım göstərib, bundan sonra da göstərməyə hazırdır: “Ermənistan illərdir ki, bizim təbiətimizi korlayır, sərvətimizi mənimsəyir. Amma bu qədər kifayətdir. Aksiyalar davamlı olaraq gedəcək. Çünki bu haqq yoludur. Bu yolda biz sonuna qədər öz həqiqətimizi dünya ictimaiyyətinə çatdırmağı bacarmalıyıq. İstər tarixi məsələlərdə, istərsə də ərazi məsələsində haqq-ədalət bizim tərəfimizdədir. Sonuna qədər tələbimizin arxasında duracağıq. Geriyə yol yoxdur”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB