“Azərbaycan haqqında böhtan və yalan xarakterli məlumatlar yayırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan haqqında böhtan və yalan xarakterli məlumatlar yayırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Ermənistan xəyanətkar ölkə kimi daimi olaraq digərlərinin kölgəsində özünün mənfur siyasətini həyata keçirib. Bu gün Avropa İttifaqı ilə münasibətlərdə də bu özünü aydın göstərir. Çünki ortada sülh bəyanatları var. Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanmış bu müqavilələrə əsasən sülh imzalanmalı, sərhədlər müəyyənləşdirilməli, silahlı birləşmələr Qarabağdan çıxmalıdır. Çox təəssüflər olsun ki, Ermənistan bunu uzadır və səbəb də bilavasitə Aİ-nin Ermənistanın tərəfindən çıxış etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Rzayev deyib.

Onun sözlərinə görə, bu gün də bu məsələlərin uzadılması üçün Ermənistan Aİ müşahidəçilərinin sayının artırılmasını, yenidən bu bəyanatların keçirilməsinə imkan yaradılmasını istəyir: “Əsas məsələ Aİ müşahidəçilərinin oradakı rolunun nədən ibarət olduğudur. Bunların hansı təsir mexanizmləri olduğu aydın deyil. Çünki hər hansı bir müşahidə qrupunün mütləq özünün bir statusu olmalıdır”.

Tahir Rzayev sözlərinə belə davam edib: “Ancaq bunların heç bir statusu yoxdur. Bu statuslar qəbul olunmayıb və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmir. Burada müşahidə aparılacaq nə var?! Azərbaycan Ermənistan torpaqlarını işğal etməyib, öz sərhədləri daxilində öz silahlı qüvvələrini yerləşdirib və nəzarət edir.

Aİ nümayəndələri ora gəliblər ki, Azərbaycan haqqında böhtan və yalan xarakterli məlumatlar yaysınlar. Bu qəbul olunan deyil. Azərbaycan öz sözünü deyir və güclüdür”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə