"Səs" qəzetinin redaksiyasında “Heydər Əliyev 100” adlı dəyirmi masa keçirilir -YENİLƏNİR - FOTOLAR
"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş növbəti dəyirmi masa keçirilir. SİA xəbər verir ki, dəyirmi masada Milli Məclisin deputatları Jalə Əliyeva, Azər Badamov, Tahir Rzayev, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və digərləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev qeyd edib ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman dəyirmi masalar təşkil edib. O bildirib ki, "Səs" qəzeti olaraq cəmiyyətdə nüfuz sahibi olan bir neçə ziyalının iştirakı ilə Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və formalaşdırılması istiqamətində gördüyü mühüm işlərə bir daha nəzər salmağa qərar verdik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB