"Tarixi Zəfərimizlə bu ləkəni təmizləyə bildik” - SİYASİ ŞƏRHÇİ MÜNASİBƏT BİLDİRDİ
“Müstəqiliyin ilk illərində Azərbaycanda hakimiyyətdə olan AXC-müsavat cütlüyünün səriştəsilziyi, bəzi hallarda isə xəyanəti nəticəsində ərazilərimizi sürətlə işğala məruz qalırdı. Ölkədə yaranan hakimiyyətsizlik, xaos və anarxiya həm daxildə vəziyyəti gərginləşdirir, həm də cəbhədə ağılr məğlubiyyətlərə səbəb olurdu. Hakimiyyətin ən üst səviyyəsində vəzifələr tutmuş şəxslərin xəyanətləri səbəbindən rayonlarımız bir-bir itirilirdi”. Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, Şuşa, Laçın, Kəlbəcər və digər ərazilər konkret olaraq xəyanətin qurbanı oldu: “Rayonların müdafiəsinin təşkil olunmaması, dinc əhalinin təhlükəsiziyinin təmin edilməməsi böyük faciələrə səbəb oldu. Nəticədə, 1 milyondan çox soydaşımız öz yurdundan köçkün düşdü, ərazilərimizin 20 faizi işğal edildi. Konkret olaraq Kəlbəcərin işğalına gəldikdə isə demək olar ki, bu, xəyanətin pik nöqtəsi idi. Kəlbəcərin qəsdən boşaldılması, insanlar arasında şaiyələr yayaraq panika yaradılması və rayonun erməni quldurlarına təhvil verilməsinin məsuliyyəti birbaşa olaraq həmin dövrün siyasi hakimiyyətinin üzərinə düşür. Ən dəhşətlisi isə budur ki, torpaqlarımızı işğal edən ermənilər həmin dövrün hakimiyyət oraqanlarına, üzdə olan siyasi xadimlərə təriflər yağdırırdılar. Ermənistan cəmiyyətində AXC hakimiyətinə qarşı sanki bir rəğbət yaranmışdı. Ermənilər hesab edirdilər ki, Azərbaycana rəhbərlik edənlər torpaqları asanlıqla onlara güzəştə gedir. Çox təəssüf ki, tariximizin belə utancverici dövrünü yaşamışıq. Bu, tarixmizdə bir ləkədir. Sevindirici haldır ki, 44 günlük Vətən Müharibəsi zamanı tarixi Zəfərimizlə bu ləkəni təmizləyə bildik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB