"Ermənilər xülyalarından ayılacaqlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənilər xülyalarından ayılacaqlar" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Ermənistan terrorçuları tərəfindən Azərbaycan sərhəddində və Qarabağ bölgəsində müxtəlif təxribatların törədilməsi davam etməkdədir. Hesab edirəm ki, Cənubi Qafqazda münasibətlərin tənzimlənməsi, bölgəmizdə davamlı sülhün olmasında maraqlı olmayan region və regionumuzdan kənar qüvvələrin birbaşa müdaxiləsi nəticəsində baş verir. Çünki bölgədə davamlı sülhün təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və nəqliyyat-kommunikasiya, iqtisadi əlaqələrin yaradılması bir çox güclərin bölgə ilə bağlı maraqlarına çox ciddi zərbə vura bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, bölgə dövlətləri özlərinin talehinin sahibinə çevrilə bilərlər: "Bu isə bir çox işğalçı dövlətlərin maraqları ilə üst-üstə düşmür. Bu baxımdan belə güclərin birbaşa dəstəyi və təhriki ilə Ermənistanda mövcud hakimiyyət və revanşist qüvvələr Azərbaycanla münasibətlərin tənzimlənməsindən yayınmaqla beynəlxaq güclərin təzyiqi altında keçirilmiş görüşlər zamanı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə sülh müqaviləsindən yayınmağa çalışırlar.

Digər tərəfdən Ermənistanın mövcud hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasının onun hakimiyyəti üçün çox ciddi təhdidlər formalaşdıracağını hesab edir. Bu səbəbdən də mümkün qədər danışıqlar prosesini uzatmaqla sülh müqaviləsinin imzalanmasını ertələyirlər. Bütövlükdə Ermənistan cəmiyyətində Türkiyədə keçirilən prezident seçkiləri və Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Ermənistanın Azərbaycanla daha uyğun şərtlər altında danışıqlar apara biləcəyi xülyası formalaşıb.

Bütün sadalananlar ermənilərin özlərində təxribatları davam etdirmək gücü tapmasına imkan verir. Lakin istənilən halda Azərbaycan öz sözünü deyəcək və ermənilər xülyalarından ayılacaqlar".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə