Laçın cənnət məkanı olacaqdır ŞƏRH

Laçın cənnət məkanı olacaqdır ŞƏRH

Prezident İlham Əliyev tərəfindən Laçına Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi böyük bir əhəmiyyət daşıyır. Söz yox ki, bu, həm inzibati idarəçilik, həm də strukturların təkmilləşdirilməsi baxımından bu addım özünün müsbət nəticələrini tez bir zamanda göstərəcək. Beləliklə, biz bir daha bütün dünyaya Laçının Azərbaycan torpağı olduğunu bəyan etmiş oluruq. Azərbaycan dövləti postmüharibə dövründə çox böyük uğurlara imza atıb. İşğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirilir. Azad edilmiş ərazilərə Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi və qarşılarına yeni və ciddi vəzifələrin qoyulması böyük əhəmiyyət daşıyır. Həmin ərazilərdə yeni idarəçilik sisteminin yaradılması bərpa və yenidənqurma işlərinin daha çevik şəkildə aparılmasına təkan verir. Bu eyni zamanda, Böyük Qayıdış konsepsiyasının tez bir zamanda reallaşmasına öz təsirini göstərir.

Burada həm də əsas məqsəd Laçın rayonu da daxil olmaqla azadlığına qovuşmuş ərazilərimizin, rayonlarımızın tamamilə müasir şəkildə yenidən qurulması, nəhəng infrastruktur layihələrinin davamlı şəkildə həyata keçirilməsidir

Torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir. 28 mart tarixində Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi və rayonda həyata keçirilən bərpa-quruculuq layihələri haqqında tapşırıqlar verməsi də bir daha sübut edir ki, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizin tezliklə və yüksək səviyyədə qurulmasını, 30 ildən artıqdır ki, yurd-yuvasından ayrı düşmüş soydaşlarımızın öz elinə-obasına, isti ocağına dönməsini istəyir və buna çalışır.

Digər tərəfdən, burada həm də əsas məqsəd Laçın rayonu da daxil olmaqla azadlığına qovuşmuş ərazilərimizin, rayonlarımızın tamamilə müasir şəkildə yenidən qurulması, nəhəng infrastruktur layihələrinin davamlı şəkildə həyata keçirilməsidir.

Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur

Dövlət başçısı təyin etdiyi məmurları qəbul edərkən də qarşıya konkret vəzifələr və hədəflər qoyur ki, bu amillər də idarəçilikdə çevikliyə, forma və məzmunca yeniliyə gətirib çıxarır. Ölkə rəhbərinin də məsələyə yanaşması bizləri qürurlandırır.

Fakt budur ki, Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır və bu üslubun təkmilləşdirilməsi Laçının çox füsunkar təbiətinin - meşələrinin, dağlarının, çaylarının əsrarəngizliyini daga da artıracaq. Laçın bir cənnət məkan olacaqdır.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə