Vətən müharibəsindən sonra 288 nəfər minaya düşüb...

...50-si həyatını itirib
Vətən müharibəsindən sonra 288 nəfər minaya düşüb...

Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsindəki paylaşımda yer alıb.

“Bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub. 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə etməlidir”, -deyə paylaşımda qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə