Sülhməramlılara məxsus beş avtomobilin aksiya ərazisindən keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus dörd evakuasiya avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bir təminat avtomobili isə evakuasiya maşını ilə Xankəndiyə aparılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə