Lerikin Piran kəndində şəhid-gizir Vidadi Cabbarovun məzarı ziyarət olunub FOTOLAR

Lerikin Piran kəndində şəhid-gizir Vidadi Cabbarovun məzarı ziyarət olunub FOTOLAR

YAP Lerik rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhidailələri ilə işin təşkili şəbəsinin müdri Rahib Şiriyev, Səfərbəylik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Ramil Məmmədov , YAŞAT Fondun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev ,şəhid ailə üzvləri,kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Qeyd edək ki, Vidadi Cəbrayıl oğlu Cabbarov 1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub. İgid döyüşçü Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 20-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.

Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Cabbarov Vidadi Cəbrayıl oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə