"Paşinyan bir neçə stul üzərində oturmağa çalışır" -POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
"Baş verən bütün hadisələrin əsas səbəbkarı Ermənistan və ərazilərimizdəki erməni milli azlığıdır. Son dövrlərdə bölgədə dayanıqlı və uzunmüddətli sülhün yaranmasına marağı olan dövlətlər bəzi məsələləri diqqətlə araşdırmırlar. Əgər Ermənistan lideri, baş nazir Nikol Paşinyan diqqət altına alınarsa, bu zaman onun bir yox, bir neçə stul üzərində oturmağa çalışdığını görərik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, o, hər vasitə ilə sülhdən dəm vurub, sülh danışıqlarından qaçır və bununla da vaxt qazanmağa çalışır: "Erməni lideri vaxtın uzanmasının Ermənistan üçün daha əlverişli olduğunu düşünür. Bu səbəbdən də müxtəlif bəhanələrlə danışıqlar prosesindən yaxasını kənara çəkməyə çalışır və qismən də buna nail olur. Buna görə də yəqin ki, Azərbaycan sülh istəyini əsaslandırmaqla yanaşı, bu məsələdə destruktiv rol oynayan Ermənistanın hərəkətlərini bölgə ilə bağlı olan super güclərə və dövlətlərə bildirməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB