“Arte” telekanalında Qarabağın bərpasına həsr olunmuş film nümayiş olunub

“Arte” telekanalında Qarabağın bərpasına həsr olunmuş film nümayiş olunub

Fransanın “Arte” telekanalı “Qarabağ, qayıdış vaxtı” adlı film nümayiş etdirib.

SİA-nin məlumatına görə, filmdə Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa işlərindən bəhs edilir. İnsanların rifahının təmin olunması üçün bu rayonlarda quruculuq işlərinin sürətlə aparıldığı vurğulanır.

Telekanalın Azərbaycanda səfərdə olan jurnalistləri Qarabağdakı mövcud vəziyyətlə yanaşı, sülh prosesindən də danışırlar.

Filmdə qeyd olunur ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqlarda son vaxtlar durğunluq müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə