17 mart 2023-cü il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 30 illiyi ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanın ziyarət edib, şəhidlərin məzarı önünə gül dəstələri düzmüşlər.
Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd etdi ki, partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır . O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri tamamilə itmişdi. Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı.
Şamaxı rayon İcra Hakimiyyəti Başçısı Tahir Məmmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaradılması xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Həmin vaxtdan keçən illər ərzində Azərbaycan Respublikasının ikinci dəfə əldə etdiyi müstəqilliyin qorunub saxlanması, onun inkişaf edərək qabaqcıl ölkələr sırasına çıxması, getdikcə qloballaşan dünyanın bütün çağırışlarına adekvat cavab verməsi, davamlı və dinamik inkişafa nail olmaqla bölgədə yüksək nüfuz sahibinə çevrilməsi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır. Bu da belə bir möhtəşəm siyasi qüvvənin yaradılması təşəbbüsünü və məsuliyyətini öz üzərinə götürən Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən biridir.
Yeni Azərbayan Partiyasının İdarə Heyyətinin üzvü Asif Əsgərli öz çıxışında bildirdi ki, xalqı arxasınca aparmağa qadir, insanlarda inam yarada biləcək siyasi partiyanın təsis olunmasına və həmin təşkilata dövlət idarəçiliyində böyük təcrübəsi olan şəxsiyyətin rəhbərlik etməsinə böyük ehtiyac yarandığı bir dövrdə Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam, etimadı və davamlı dəstəyi Yeni Azərbaycan Partiyasının ardıcıl uğurlar qazanmasını təmin edən əsas amil oldu.
Sonra Bəxtiyar Abbasov, Mayıl Alıcanov, Ağarza Bayramov, Eybalı Ağayev, Xudaverdi Lazımov, İslam Novruzov, Seyran Alcanov, Nəzakət Abdulrazaqova, İlham Vəliyev, Nəsimi Abdullayev, Soltan Osmanov öz çıxışlarında bildirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.
Daha sonra tədbir iştirakçılarına hədiyyələr təqdim olundu.
Sonda tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB