"Ərazilərin yenidən qurulmasına 6,5 milyard manat vəsait yönəldilib" - Baş nazir

"Ərazilərin yenidən qurulmasına 6,5 milyard manat vəsait yönəldilib" - Baş nazir

"Bütövlükdə, son iki ildə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ümumilikdə 6,5 milyard manat vəsait yönəldilib. 2022-ci ildə 4,3 mlrd.manat xərclənib". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərə verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına, əhalinin dayanıqlı məskunlaşmasına, məşğulluğa və davamlı iqtisadi aktivliyin təmin olunmasına töhfə verəcəkdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə