"Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər görülməkdədir" - ƏLİ ƏSƏDOV
"Təchizat zəncirinin pozulması, Covid-19 infeksiyası, iqlim dəyişikliyi səbəbindən maliyyə vəziyyətinin sərtləşməsi və Rusiya-Ukrayna müharibəsi qlobal sistemi görünməmiş şoka məruz qoymuşdur". SİA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, dünyanın maliyyə institutları birgə bəyanat yayaraq qlobal ərzaq tədarükünün 3 ilin ən aşağı səviyyəsinə enəcəyi barədə xəbərdarlıq edirlər: "Azərbaycanda əsas ərzaq təhlükəsizliyi təminatı cənab Prezident İlham Əliyev tərəfindən dövlət qarşısında strateji vəzifə kimi qoyulub. Əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər görülüb və görülməkdədir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB