Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü olub- FOTO

Prezident İlham Əliyevin Almaniya Prezidenti ilə təkbətək görüşü olub- FOTO

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Prezident İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə