HDİM sədri: “Fransa dünya üçün təhlükə mənbəyinə çevrilir” ŞƏRH

HDİM sədri: “Fransa dünya üçün təhlükə mənbəyinə çevrilir” ŞƏRH

“Fransanın sərgilədiyi qeyri-etik davranış, müstəmləkəçilik siyasəti aparması və kütləvi şəkildə insanları qətlə yetirməsi bir daha onu deməyə əsas verir ki, bu dövlətin artıq demokratiyadan, insan hüquq və azadlıqlarından danışmağa haqqı yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev deyib. HDİM sədri qeyd edib ki, Fransa hökuməti fars-molla rejimi və terrorçu dövlət kimi dünyada tanınan Ermənistan kimi beynəlxalq aləm üçün təhlükə mənbəyinə çevrilib: “Korsikada baş verən hadisələr diqqətdən kənarda qalmır. Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Qərar mərkəzi hökumətin adadakı ən yüksək nümayəndəsi olan Korsika prefekti tərəfindən qaldırılan məhkəmə iddiasından sonra, eləcə də Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilib”.

Müstəqillik tərəfdarı olan "Core in Fronte" partiyasının tviter hesabında bu qərarı "rüsvayçı" adlandırmasını haqlı hesab edən İ.Əliyev bildirib ki, məhkəmə qərarı və onun motivasiyası yalnız konstitusiyaya yenidən baxılmasının mütləq zərurətini təsdiqləyir, xüsusən də Korsika dilinin rəsmi statusunu təmin etmək, onun yaşaması və inkişafı üçün vacib şərtdir.

HDİM sədri tarixi faktları diqqətə çatdırararaq qeyd edib ki, 1990-cı illərdə Korsika müstəqillik və muxtariyyət tərəfdarları arasında parçalanma baş verib: “Parçalanmadan Fransa öz müstəmləkə maraqlarına uyğun istifadə edib. Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Həyəcan təbili çalmağın vaxtı yetişib. Təxminən 150 min nəfərin danışdığı korsika dili yox olmaq təhlükəsi ilə üz-üzədir. Fransa beynəlxalq arenada xalqların azadlıq və ədalətlə bağlı arzularına sədd çəkərək bəşəri cinayətlərin müəllifinə çevrilib”.
İ.Əliyev demokratik düşüncəli dünya xalqlarını Fransanın müstəmləkəməsindən xilas olaraq öz müstəqilliyi uğrunda mübarizə aparan Korsika dəstək olmağa çağırıb. Bildirib ki, Fransanın qeyri-etik davranışının, xalqlara qarşı qətliam siyasətinin durdurulması üçün beynəlxalq aləm birlik və həmrəylik nümayiş etdirməlidir: “Fransa Əlcəzairdə, Ruandada və Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun və Korsika kimi ölkələrdə qətliamlar törədib. Bununla müasir dövrdə faşizmi inkişaf etdirir. Qısaca desək, Fransa prezidenti Makronun timsalında Avropada Hitlerin davamçısı rolunda çıxış edir. Bu dəhşətli virusun dayandırılması üçün dünya birliyinin həmrəyliyinə ehtiyac var. Əks halda, bəşəriyyət faşizmdən də dəhşətli fəlakətlə üzləşə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə