Sülhməramlılarına məxsus 12 maşın Laçın-Xankəndi yolundan keçib

Sülhməramlılarına məxsus 12 maşın Laçın-Xankəndi yolundan keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Laçından Xankəndi istiqamətinə hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir tibbin, üç minik, yeddi təminat və bir mətbuat avtomobilinin ekoaksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə