"Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub" - Eka Tkeşelaşvili

"Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub" - Eka Tkeşelaşvili

“Heydər Əliyev liderliyi müddətində Azərbaycanın inkişafı üçün böyük işlər görüb. Məhz Azərbaycanda milli kimliyin əsası Heydər Əliyev dövründə qoyulub”. SİA xəbərinə görə, bunu 2010-2012-ci illərdə Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, milli kimliyin qorunması vacib məsələdir: “Heydər Əliyevin siyasəti və dönyagörüşü bizim nəsil üçün nümunə idi”.

O qeyd edib ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin enerji siyasəti Avropaya enerji dəstəyi kimi qiymətləndirilməlidir

Bütün xəbərlər Facebook səhifəmizdə